“Ağır və çətin oyun oldu. Xarakter göstərməyi bacardıq. Futbolçularımı təbrik edirəm. Meydanda sona kimi vuruşdular. Qələbə qazanmağa çalışdıq. Təəssüf ki, alınmadı. Vacib olan komandanın qələbə üçün sona qədər mübarizə aparmasıdır”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Adrian Mutu “Sabah” oyunu sonrası deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
– Planınız ilk hissədə oyunu müdafiədən qurmaq idi?
– Təxminən belə idi.
– Rza Cəfərovun performansı sizi qane etdi?
– Bəli. Çətin oyun idi. Onu oynatmaq riskli görünürdü. Amma Rza bu gün göstərdi ki, gələcəkdə Azərbaycanın bir nömrəli qapıçılarından biri ola bilər.
– Qara Qarayevin gərgin olmasının səbəbi nə idi?
– Gərgin olduğunu deməzdim. Qara oyuna köklənmişdi. Yavaş-yavaş öz istədiyi formaya çatır. Bu gün “Neftçi”də ən yaxşı oyununu oynadı. Onun bizə çox köməyi dəyəcək.

