Kateqoriyasız

AFFA “Araz Naxçıvan”a texniki məğlubiyyət verdi – “Xan Lənkəran” finalda!

AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən “Araz Naxçıvan”ı cəzalandırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə komitənin bu gün keçirilən iclasında qərar verilib. 15.05.2022-ci il tarixində Region Liqasının yarımfinalında “Xan Lənkəran”la oyundan sonra aparılmış araşdırmalar zamanı “Araz-Naxçıvan”ın heyətində çıxış edən futbolçulardan Orxan Əliyev və Elməddin Məmmədovun 2021/22 mövsümü ərzində peşəkar müqaviləsinin olması müəyyən edilib. “Araz-Naxçıvan” komandasının heyətində bu mövsüm ərzində peşəkar müqaviləsi olan futbolçular iştirak etdiyi üçün 1/2 final mərhələsinin müvafiq oyununda “Araz-Naxçıvan” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Qeyd edək ki, “Araz Naxçıvan” “Xan Lənkaran”a 2:1 hesabı ilə qalib gəlmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43