Kateqoriyasız

AFFA məşqçiləri təhqirə görə cəzalandırdı

AFFA İntizam Komitəsi müxtəlif liqalarda baş vermiş hüquqi pozuntularla əlaqədar cəzalarını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, cəzaların bir çoxu təhqirlərlə əlaqədardır. Komitənin açıqladığı qərarda deyilir ki, 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ağatahir Əzimovun öz komandasını təhqir edib. Bu səbəbdən, o, 5 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Bundan başqa, U-14 Liqasında keçirilən “Sumqayıt” – “Keşlə” oyununda “Keşlə”nin baş məşqçisi Vəli Hüseynov, Coca-Cola U-13 Liqasında keçirilən “Neftçi İK İB” (Siyəzən) – “Şirvanovka” (Qusar) oyununda Şirvanovka (Qusar) komandasının baş məşqçisi Kamran Nurəhmədov, U-12 Liqasında keçirilən UGİM (Siyəzən) – UGİM (Xaçmaz) oyununda UGİM (Siyəzən) komandasının baş məşqçisi Emin Nəzərov hakimləri təhqir etdiyi üçün hər biri 5 oyunluq cəzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43