09 İyul 2026
Ölkə futbolu

AFFA “Neftçi”ni 9700 manat cərimələdi 

AFFA İntizam Komitəsi “Neftçi” klubunu 9700 manat cərimələyib.

İdmanxeber.az xəbər verir ki, buna Misli Premyer Liqasının VIII turunda “Araz-Naxçıvan”la matçda (2:2) yaşananlar səbəb olub.

“Ağ-qaralar” dörd futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.

Meydan sahiblərinin azarkeşləri rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirib ki, bu hal cari mövsümdə ikinci dəfə yaşandığı üçün kluba 6000 manat cərimə tətbiq edilib. Bundan əlavə, fanatlar rəqib oyunçuların ünvanına irqi ayrı-seçkilik ehtiva edən ifadələr səsləndirdiyinə görə “Neftçi” 3000 manat ziyana düşüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43