09 İyul 2026
Kateqoriyasız Ölkə futbolu

AFFA-nın “Turan Tovuz”la bağlı qərarı anlaşılmaz qaldı – Hakim “etiraz edib” yazıb, İK “təhqir etdi” kimi qeyd edib

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, iclasda Misli Premyer Liqasında XXX turun “Turan Tovuz” – “Sabah” oyununun 19-cu dəqiqəsində Tovuz  klubunun baş məşqçisi Kurban Berdiyev ikinci “sarı”dan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 3 oyun şərti olmaqla 5 oyun cəzalanıb. Bununla bərabər, “Turan Tovuz” komandası 4000 manat cərimə edilib.

Ancaq maraqlıdır ki, oyunun protokolunda Berdiyevin hakimləri təhqir etdiyi qeyd edilməyib. İstər ilk “sarı”, istərsə də ikinci dəfə verilən “qırmızı” vərəqə epizodunu görüşün baş hakimi Elçin Məsiyev oyun protokoluna “hakim qərarına etiraz” kimi yazıb.

Qısacası, PFL-də qeyd olunan protokolda baş hakim Elçin Məsiyev orada mütəxəssisin hakimə etiraz etdiyini vurğulayıb. Halbuki rəsmi şəxslərin meydançada və meydandan kənar davranışları protokolda öz əksini tapmalıdır. Və İntizam Komitəsi buna əsasən qərar verir. Protokolda Kurban Berdiyevin hakimi təhqir etdiyi yazılmadığı təqdirdə, İK-nin nəyə əsasən belə qərar verdiyi anlaşılmaz olaraq qalır.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43