Kateqoriyasız

AFFA prezidenti təcili iclas keçirdi

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Slovakiya (1:5) matçından dərhal sonra AFFA İcraiyyə Komitəsinin iclası baş tutub.

İdmanxeber.az-ın məlumatına görə, AFFA prezidenti Rövnəq Abdullayev millinin məşqçilər heyəti ilə görüşüb. O, Slovakiyaya 1:5 hesablı məğlubiyyətin hesabatını istəyib.

Milli komandanın futbolçuları da iclasın başa çatmasını gözləyib. Onlar yalnız qarşılaşma başa çatdıqdan 1 saat sonra soyunub-geyinmə otağını tərk edə bilib.(qafqazinfo.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43