07 İyul 2026
Ölkə futbolu

AFFA rəhbərliyi milliyə görə toplaşır

Aprelin 13-də AFFA-nın inzibati binasındanin İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclas saat 10:00-da başlayacaq. İclasın gündəliyinə  Azərbaycan milli komandasının Avro-2024-ün seçmə mərhələsi çərçivəsində keçirdiyi oyunlarla bağlı baş məşqçi Canni De Byazinin İcraiyyə Komitəsinə hesabatı və digər məsələlər daxil edilib.

Xatırladaq ki, Azərbaycan millisi Canni de Byazinin rəhbərliyi altında “Avro-2024″ün seçmə mərhələsinin ilk iki matçını ağır hesabla uduzuub (Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43