19 İyul 2026
Ölkə futbolu

AFFA rəsmisi UEFA-dan təyinat aldı

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

İdmanxeber.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Serbiyada yerli “Srvena Zvezda” və İsveçrənin “Yanq Boyz” komandaları arasında keçiriləcək Gənclər Liqasının oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma oktyabrın 4-də Belqradda gerçəkləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43