19 İyul 2026
Ölkə futbolu

“Belçikaya qarşı yaxşı oynamışdıq” – Canni De Byazi

Millimizin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına açıqlamasında AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrda keçiriləcək oyunlarla bağlı danışıb.

İdmanxeber.az-ın məlumatına görə, Belçikaya Bakıdakı məğlubiyyəti yada salan italiyalı mütəxəssis növbəti matçlarda üz-üzə gələcəkləri rəqiblər barədə də fikir bildirib:

“Qarşıdakı oyunlarda öz vəzifəmizi yerinə yetirməyə çalışacağıq. Uğursuz buraxdığımız qol səbəbindən Belçikaya 0:1 hesabı ilə uduzduq. Amma yaxşı oynamışdıq. Bu, bizim səviyyəmizdəki komandaların kiçik çatışmazlığıdır. İndi bizim üçün əlçatan Estoniya və əlçatmaz Avstriya ilə qarşılaşacağıq”.

Qeyd edək ki, oktyabrın 13-də səfərdə Estoniya ilə qarşılaşacaq Azərbaycan millisi üç gün sonra Tofiq Bəhramov adına Respublika stadionunda Avstriyanı qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43