Ölkə futbolu Premyer Liqa

Ağabala Ramazanov: “Gəncəyə qələbə qazanmaq üçün gedirik”

“Gəncəyə qələbə qazanmaq üçün gedirik. Mən və komanda yoldaşlarım buna inanırıq”.

İdmanxeber.az xəbər verir ki, bunu “Səbail”in futbolçusu Ağabala Ramazanov “Kəpəz”ə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XXVIII tur oyunu barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.

30 yaşlı hücumçu bildirib ki, komandasını çətin səfər oyunu gözləyir: “Ölkə çempionatında milli komandaların oyunları ilə əlaqədar fasilə yarandı. Biz də bundan istifadə edərək çatışmayan cəhətlərimizin üzərində çalışdıq. “Kəpəz”lə oyun öncəsi məşqlərimizə yüksək əhvali-ruhiyyə ilə davam edirik”.

Qeyd edək ki, aprelin 1-də keçiriləcək “Kəpəz” – “Səbail” oyunu saat 15:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43