Dünya futbolu

Akinfeyev millidən getdi

Rusiya millisinin və ÇSKA-nın qapıçısı İqor Akinfeyev yığmadakı karyerasını bitirib.

32 yaşlı qolkiper qərarı ilə bağlı Moskva klubunun rəsmi saytına açıqlama verib. O, Rusiya millisinin şərəfini qoruduğu üçün fəxr etdiyini ancaq  hər iki cəbhədə oynamağın çətin olduğunu bildirib.

Qeyd edək ki, Akinfeyev 2004-cü ildən Rusiya yığmasında çıxış edirdi. Geridə qalan müddətdə 110 oyuna çıxan və qapısında 95 qol görən təcrübəli qapıçı ötən ildən millidə kapitanlıq sarğısını daşıyırd


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43