Ölkə futbolu

Almeyda, Ramil və Nazarov milliyə qoşuldu

Millimiz Kosovo ilə görüşün hazırlıqlarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, UEFA Millətlər Liqasında Kosovo ilə qarşılaşacaq milli komandamız oyunun hazırlıqlarını davam etdirir. Almeyda, Ramil Şeydayev və Dmitri Nazarov artıq yığmamızın düşərgəsinə qoşulub. Ukraynanın “Aleksandriya” klubunda forma geyinən Pavel Paşayev isə bu gün axşam gələcəyi bildirilib.

Qeyd edək ki, Azərbaycan – Kosovo matçı sentyabrın 7-si Bakı Olimpiya stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43