08 İyul 2026
İdman

Amerikalı oyunçu bölgə klubunda

“Lənkəran” basketbol klubu heyətini amerikalı oyunçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı Teron Montqomery mövsümün sonuna kimi komandamızın Lənkəran komandasının formasını geyinəcək. Hücumçu 203 sm boya malikdir. Teronun sonuncu klubu Kosta Rika təmsilçisi “ARBA Koyotes” olub.

Qeyd edək ki, “Lənkəran” daha əvvəl amerikalı Raşed Dyson və Aydın ibrahimovu da heyətinə cəlb edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43