Ölkə futbolu

Amil Yunanovdan 40-cı qol

“Keşlə”nin futbolçusu Amil Yunanov karyerasında 40-cı qolunu vurub.

İdmanxeber.az-ın  məlumatına  görə, yubiley qolu Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qarabağ”la cavab oyununa (1:1) təsadüf edib. Amil bu qollardan 33-nü Premyer Liqa, 7-ni Azərbaycan kubokunda vurub.

Qol hesabını 2011/12 mövsümündə “Qəbələ”də çıxış etdiyi vaxt açan Yunanov “Sumqayıt”da daha çox fərqlənib. O, bu klubda 28 dəfə çempionat, 6 dəfə kubokda rəqib qapısına yol tapıb. “Keşlə”də 5-ci qolunu vuran hücumçu 4 dəfə Premyer Liqada fərqlənmişdisə, yeni klubunda ilk kubok qoluna sevinib.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43