“Real”ın baş məşqçisi Karlo Ançelotti gələcək karyerası ilə bağlı danışıb.
İdmanxeber.az-ın məlumatına görə, bir müddətdir mətbuatda italiyalı çalışdırıcının Braziliya millisinin başına keçəcəyi deyilir. O, haqqında çıxan iddiaları belə cavablandırıb:
“Mən bu barədə danışmağı xoşlamıram. “Real”da qalmaq istəyirəm, bunu artıq aydınlaşdırmışam”.
63 yaşlı italiyalı məşqçilik karyerasının sonuna qədər Madrid təmsilçisində işləməyə hazır olduğunu bildirib.

