14 İyul 2026
Ölkə futbolu

“Musa Qurbanlı İtaliyada oynaya biləcək səviyyədədir”

“Əgər yazılanlar doğrudursa, Musa Qurbanlının tez bir zamanda ölkəxaricində oynamasını istərdim. Təbii ki, baş məşqçi bu barədə daha yaxşı qərar verə bilər. Ancaq getmək onun üçün əlverişlidir”.

Bu sözləri idmanxeber.az saytına Azərbaycan millisinin sabiq hücumçusu Rauf Əliyev “Qarabağ”ın forvardı Musa Qurbanlının İtaliyanın “Torino” klubuna keçəcəyi barədə çıxan iddialara münasibət bildirərkən deyib. O, daha sonra belə davam edib:

“Belə təkliflər hər zaman olmaya da bilər. Yalnız Musanın yox, istənilən gənc futbolçumuzun legioner həyatı yaşaması vacibdir.

Qurbanlı bu mövsüm çox yaxşı formadadır, davamlı öz üzərində işləyir. Üstün tərəfləri çoxdur. Topla davranışı, fiziki durumu yerindədir. Bunlar ciddi üstünlüklərdir. 

Hazırkı vəziyyəti kifayət qədər yaxşıdır. Musanın İtaliyada oynaya biləcək səviyyədə olduğunu düşünürəm”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43