18 İyul 2026
Dünya futbolu

“Ançelottini millidə görmək istəyirik” – Neymar

“PSJ”nin hücumçusu Neymar “Real”ın baş məşqçisi Karlo Ançelottinin Braziliya millisinə rəhbərlik edəcəyi ilə bağlı məlumatı şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçu italiyalı mütəxəssisin uğurlu seçim ola biləcəyini vurğulayıb:

“Bilirəm ki, o, millinin planlarına daxil edilib, prezident ona arxalanır və biz futbolçular da onu komandada görmək istəyirik. Karlonu artıq tanıyırıq, böyüklüyünü başa düşürük. Onun komandada olması çox vacib olacaq. Amma hələ heç nə təsdiqlənməyib. Ümid edirik ki, müqavilənin sonunda Ançelotti milli komandaya rəhbərlik edəcək”.

Ançelottinin 2024-cü ilin yayında Braziliya komandasına rəhbərlik edə biləcəyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43