Anxel Di Mariya Emiliano Martinesin Dünya çempionatının finalında son dəqiqədəki seyvi barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, 35 yaşlı təcrübəli oyunçu həmin epizod barədə belə deyib:
“Şəkillərdə belə o anı yenidən görmək istəmirəm. Mən hələ də bilmirəm ki, Martines o topu necə çıxarda bildi. O an Allah bizimlə idi.”
Xatırladaq ki, argentinalı qapıçı oyunun son dəqiqələrində Randal Kolo Muani ilə təkbətək qaldığı vəziyyətdə komandasını qoldan xilas edib.

