“Roma” Romelu Lukakunu “Çelsi”dən transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Joze Mourinyo Serdar Azmun transferi bitdikdən sonra bir forvard daha istəyib.
London klubu belçikalı forvardı sata bilməyəcəyini başa düşüb, onu 1 illik icarəyə göndərməyə razı olub.
Lukaku ötən mövsüm icarə əsasında çıxış etdiyi “İnter”in heyətində 37 oyuna 14 qol vurub.

