Kateqoriyasız

“Ararat” Rusiya Peşəkar Futbol Liqasından uzaqlaşdırıldı

Ermənilərə məxsus olan “Ararat” klubu Rusiya Peşəkar Futbol Liqasının iştirakçıları sırasından çıxarılıb.

İdmanxeber.az-ın məlumatına görə, Buna səbəb olaraq isə Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsi II Divizion klublarının lisenziyalaşdırılması üzrə komissiyanın “Ararat”ın lisenziyasını geri çağırması göstərilib.

Qeyd edək ki,  “Ararat” Rusiyanın səviyyəcə üçüncü divizionunda 23 xal toplayıb. Erməni komandası 8-ci yerdədi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43