18 İyul 2026
Ölkə futbolu

“Araz Naxçıvan”da Qara Qarayev şoku

Misli Premyer Liqasının XXVI turunda “Araz Naxçıvan” “Qarabağ”ı qəbul edir.

İdmanxeber.az-ın məlumatına görə, matçın ikinci hissəsinin əvvəlində Naxçıvan klubunun heyətində ciddi itki baş verib. Qara Qarayev zədələnərək məcburi əvəzlənib.

Onun yerinə meydana Vadim Abdullayev daxil olub. İkinci hissəsi davam edən matçda hesab 1:1-dir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43