“Fənərbağça”nın futbolçusu Arda Gülər karyerasını İspaniyada davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, türkiyəli oyunçu “Real”, “Barselona”, “Milan” arasından “Kral klubu”nu seçdi.
“Fənərbağça” isə bu transferdən 20 milyon avro, əlavə olaraq isə oyunçunun sonrakı satışından 20 faiz gəlir əldə bilər.
Türkiyə klubu onun daha 1 il komanda da qalmağını istəsə də, Arda özü bununla razılaşmayıb. Artıq növbəti mövsümdən ölkə xaricində çıxış etmək istədiyini klub rəhbərliyinə bildirib.

