İtaliyanın “İnter” klubu heyətinə argentinalı futbolçu qatır.
İdmanxeber.com-un məlumatına görə, Milan təmsilçisi “Sevilya”nın yarımmüdafiəçisi Ever Baneqanı rənglərinə qatıb. Argentinalı yarımmüdafiəçi 2016/17 mövsümündən İtaliya təmsilçisində çıxış edəcək.
Məlumatı “İnter”in baş məşqçisi Roberto Mançini təsdiqləyib.
Qeyd edək ki, Baneqa bu mövsüm “Sevilya”da oynadığı 25 matçda 5 qol vurub.

