09 İyul 2026
Dünya futbolu

Argentinalı futbolçu “Mançester Yunayted”ə?

“Mançester Yunayted” “Aston Villa”nın futbolçusu Emilyano Martinezi transfer etmək istəyir.

 İdmanxeber.az-ın məlumatına görə, Argentinalı futbolçu “qırmızı şeytanlar”a transfer olmaq istədiyini rəhbərliyə bildirib.

Martinezin transfer qiyməti 25 milyon avrodur. 

Qeyd edək ki, Emilyano meydana çıxdığı 53 matçda qapısında 61 top görüb.

Fərid Nəsibov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43