09 İyul 2026
Dünya futbolu

“Arsenal” ispaniyalıdan vaz keçdi

“Arsenal” “Atletik”in futbolçusu Niko Uilyamsın transferindən imtina edib.

İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi oyunçunu transfer siyahısından çıxarıb. Buna səbəb Nikonun yüksək maaş tələb etməsidir.

22 yaşlı oyunçu artıq “Barselona” ilə şifahi razılığa gəlib və Kataloniya klubuna keçmək niyyətindədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43