“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill cari mövsüm Premyer Liqadakı favoritini açıqlayıb
İdmanxeber.az-ın məlumatına görə, o, “Arsenal” klubunu bir addım öndə olduğunu bildirib:
“Məncə, “Arsenal” Premyer Liqanı qazana bilər. Çox uğurlu başlamasa da, “topçular” ötən mövsüm onlardan gördüyümüz futbola qayıdacaq. Mövsümə bir az pis başlamaları, o qədər önəmli deyil. “Mançester Siti”dən o qədər də uzaqda deyillər”.
İngiltərə çempionatının 12 turundan sonra 27 xalla “Arsenal” lider “Mançester Siti”dən 1 xal geri qalaraq turnir cədvəlində 3-cü yeri tutur.

