İngiltərə Premyer Liqasında maraqlı statistikaya imza atılıb.
İdmanxeber.az-ın məlumatına görə, “Arsenal” ardıcıl 8 oyunda standart vəziyyətdən 10 qol vuran ilk komanda kimi liqa tarixində rekorda imza atıb.
London klubu hazırda turnir cədvəlində liderliyini qoruyur. Mikel Artetanın komandası ən yaxın izləyicisi “Mançester Siti”ni 3 xal qabaqlayır.

