Mikel Arteta “Arsenal” futbolçusu və məşqçisi kimi 7-ci titulunu qazandı.
İdmanxeber.az-ın məlumatına görə, London klubu “Mançester Siti”ni məğlub edərək İngiltərə Superkubokunun sahibi oldu. Bu Artetanın baş məşqçi kimi “topçular”da 3-cü kuboku oldu.
İspaniyalı məşqçi 2019-cu ildən “Arsenal”a başçılıq edir. O, bu müddətdə 103 qələbə qazanıb, 31 dəfə heç-heçə edib, 47 dəfə isə məğlub olub.

