Kateqoriyasız

Asmir Beqoviç: “Milan”ın təklifini qəbul etmək 5 dəqiqəmi aldı”

Mövsümün ilk dövrəsini “Qarabağ”da keçirən, qış fasiləsində “Milan”a keçən Asmir Beqoviç açıqlama verib.

32 yaşlı qapıçı transferi ilə bağlı danışıb:

“Milan”a “hə” demək nə qədər vaxtımı aldı? 5 dəqiqə ərzində qərar verdim. Bir çox seçimim vardı, ancaq daha sonra “Milan”dan da təklif gəldi. Dünyanın ən böyük klublarından birində oynamaq şansım yarandı. Bu fürsəti dərhal qəbul etdim. Komandaya həm meydanda, həm də meydandan kənarda fayda vermək üçün burdayam”.

Müqavilə ilə “Bornmut”a məxsus olan qapıçı mövsümün sonuna qədər “Milan”da çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43