25 İyul 2026
Dünya futbolu

“Atletiko”nun hücumçusu “Atalanta”da

“​Atalanta” “Atletiko”nun hücumçusu Cakomo Raspadorinin transferində razılıq əldə edib.

İdmanxeber.az xəbər verir ki, 25 yaşlı forvard üçün tərəflər 25 milyon avro məbləğində razılaşıblar. Berqamo klubu bu keçidlə “Roma”nın icarə və sonradan satınalma planını qabaqlayıb.

Qeyd edək ki, Raspadori ötən ilin avqustunda “Napoli”dən “Atletiko”ya 22+4 milyon avro qarşılığında transfer olunmuş və 5 illik müqaviləyə imza atmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43