25 İyul 2026
Dünya futbolu

“Roma” gənc hücumçu ilə anlaşdı

“Roma” heyətini gənc hücumçu ilə gücləndirməyə hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, A Seriyası təmsilçisi “Marsel”in 18 yaşlı futbolçusu Robinyo Vazla razılıq əldə edib. Roma klubu bu transfer üçün Fransa təmsilçisinə 25 milyon avro ödəyəcək.

Gənc hücumçunun yaxın günlərdə tibbi müayinədən keçəcəyi və uzunmüddətli müqavilə imzalayacağı bildirilir. 

Qeyd edək ki, Robinyo Vaz cari mövsüm Liqa 1-də 14 matçda 4 qol və 2 assistlə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43