07 İyul 2026
Ölkə futbolu

Audiovizual Şura “Neftçi TV”yə yayım lisenziyası verdi

Audiovizual Şura “Neftçi TV”yə yayım lisenziyası verib.

İdmanxeber.az xəbərinə görə, bu barədə Şuranın iclasında qərar qəbul olunub.

Bildirilib ki, müzakirələrdən sonra “Neftçi Media” MMC-yə (televiziya redaksiya adı “Neftçi TV”), “TVNET Telecom” MMC-yə (televiziya redaksiya adları “TVNET Kino” və “TVNET Sport”) peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının verilməsi barədə müvafiq qərarlar qəbul edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43