18 İyul 2026
Ölkə futbolu

“Avrokuboklar barədə danışmaq tezdir”

“Qəbələ” Misli Premyer Liqasının V turunda doğma meydanda “Zirə”ni məğlub etdi (1:0). Bununla da ilk xallarını qazanan əyalət təmsilçisi milli komandaların oyunları ilə bağlı yaranan fasilə öncəsi rahat nəfəs ala bildi.

Qarşılaşmadakı yeganə qolun müəllifi Rauf Hüseynli oyundan sonra komandasının ilk qələbəsi barədə fikirlərini idmanxeber.az saytı ilə bölüşüb:

“Bizim üçün çətin oyun olacağı bəlli idi. Mövsümə 4 məğlubiyyətlə başlamışdıq. “Zirə” isə lider idi. Onlara qarşı xüsusi hazırlaşmışdıq deməzdim. Biz hər matça qələbə üçün çıxırıq. Getdikcə daha yaxşı olacağıq. Döyüşməklə, mübarizə aparmaqla qalib gəldik.

“Zirə”yə qarşı daha istəkli idik. Mübarizə aparmaqla qələbə qazanmağı bacardıq. Qol vurmağım əlbəttə sevindiricidir, qalib gəlmək isə daha vacibdir. Bizdə ilk “11-liy” yoxdur. Kim daha yaxşı özünü göstərirsə, o da formanı alır. Kimin oynayıb-oynamayacağına baş məşqçi qərar verir.

“Qəbələ” böyük klubdur. Hər zaman iddialı olur. Bizim üçün vacib olan görüşlərdən yaxşı nəticə ilə ayrılmaqdır. Avrokuboklar barədə danışmaq tezdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43