Kateqoriyasız

Avropa çempionatı: Millimiz yarımfinalda!

Mini-futbol üzrə Azərbaycan millisi Avropa çempionatında 1/4 final mərhələsinin oyununa çıxıb.

İdmanxeber.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv ev sahibi Slovakiya ilə qarşılaşıb. Minimal hesabla qalib gələn komandamız Avropa çempionatının yarımfinalına yüksəlib.

Millimiz finalın bir addımlığındakı rəqibi Qazaxıstan olacaq.

Slovakiya – Azərbaycan 0:1
Qol:
 Elvin Əlizadə 42
Qırmızı vərəqə: Vüsal İsayev 49


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43