Bu gün UEFA Avropa Liqasında (AL) 2022/2023 mövsümünün qalibi müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, İspaniya klubu “Sevilya” ilə İtaliya təmsilçisi “Roma” arasında final oyunu keçirilib.
Macarıstanın paytaxtı Budapeştdəki 67 000 tamaşaçı tutumuna malik “Puşkaş Arena”da baş tutan qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib -1:1.
Əlavə vaxtda da qapılara qol vurulmadığı üçün görüş penaltilər seriyasına gedib. Penaltiləri daha dəqiq yerinə yetirən “Sevilya” (4:1) Avropa Liqasının qalibi olub.
UEFA Avropa Liqası
31 may
23:00. “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) 1:1
Baş hakim: Entoni Teylor (İngiltərə)
Budapeşt, “Puşkaş Arena”

