01 İyul 2026
Ölkə futbolu

“Ayın qolu” layihəsinin qalibi mükafatlandırıldı

II Liqada “Ayın qolu” layihəsi çərçivəsində “Şəmkir” futbol klubunun üzvü Tural Məmmədzadə mükafatlandırılıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Sentyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı VII turun “Xankəndi” – “Şəmkir” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43