Kateqoriyasız

Azərbaycan derbisində rekord

TPL-nın geridə qalan 3 turunu 8700 azarkeş izləyib.

İdmanxeber.az-ın məlumatına görə,Topaz Premyer Liqasında 2018/19 mövsümünün rekordu qeydə alınıb. III turun “Qarabağ” – “Neftçi” qarşılaşması (1:1) tamaşaçı sayında mövsümün arxada qalan hissəsi üçün ən yüksək göstərici ilə diqqət çəkib. “Azersun Arena”da keçirilən matçı 3000 tamaşaçı izləyib. İlk iki turda rekord “Səbail” – “Qarabağ” görüşünə (0:2) məxsus idi. “Bayıl Arena”dakı matç Azərbaycan derbisindən təxminən 3 dəfə az – 1050 tamaşaçı toplamışdı. Qeyd edək ki, arxada qalan 3 turun 11 oyununu ümumilikdə 8700 tamaşaçı izləyib. Bunun da yarıdan çoxu – 4450-si hesabat turunda qeydə alınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43