21 İyun 2026
İdman

Azərbaycan Avropa çempionatında ilk medalını qazandı

Azərbaycan cüdoçusu Əhməd Yusifov Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

İdmanxeber.az xəbər verir ki, 60 kq çəkidə mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Balabəy Ağayevi məğlub edib.

Bu, Azərbaycanın cari Avropa çempionatında ilk medalı olub.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43