28 İyul 2026
İdman

Azərbaycan çempionatının başlayacağı vaxt bəlli oldu

Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024 mövsümü 22 oktyabrda start götürəcək.

İdmanxeber.az-ın məlumata görə, ötən ildən fərqli olaraq, yarışda 10 komanda çempionluq uğrunda mübarizə aparacaq.

Bunlar “Sabah”, NTD-İNDİQO (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” kollektivləridir.

Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Yeni reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayan klublar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

Bu “altılıq”da ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının (ABL) oyunları, “Sərhədçi” İdman Mərkəzi ilə yanaşı, bölgələrdə yerləşən Olimpiya İdman Komplekslərində də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43