07 İyul 2026
Milli komanda

Azərbaycan – Estoniya oyunu onlara tapşırıldı

Azərbaycan – Estoniya AVRO-2024-ün seçmə mərhələ oyunu üçün təyinatlar açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşma Çexiyadan olan hakimlər briqadasına həvalə olunub.

Baş hakim Andrey Berkaya laynsmanlar qismində İvo Nadvornik və Kamil Hayek yardımçı olacaq. Dördüncü hakim funksiyasını Dalibor Çerni yerinə yetirəcək.

İyunun 17-də “Dalğa Arena”da oynanılacaq Azərbaycan – Estoniya matçı saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43