Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sonuncu – 6-cı tur matçına çıxıb.
İdmanxeber.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda evdə Fransanı qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş qonaqların qələbəsilə başa çatıb – 3:1.
Hazırda D qrupunda Fransa 16 xalla liderdir. Didye Deşamın komandası artıq mundiala vəsiqəni təmin edib. 1 xala malik Azərbaycan isə 4-cüdür.
DÇ-2026-nın seçmə mərhələsi
16 noyabr
D qrupu
21:00. Azərbaycan – Fransa 1:3
Qol: Renat Dadaşov, 4 (1:0), Jan-Filipp Mateta, 17 (1:1), Maqnes Akliuş, 30 (1:2), Hefren Türam, 45+1 (1:3)
Hakimlər: Andris Treimanis, Haralds Gudermanis, Aleksey Spasennikovs, Vitalis Spasyoņņikovs (Latviya)
VAR: Kley Ruperti (Niderland)
AVAR: Kristaps Ratnieks (Latviya)

