05 İyun 2026
Ölkə futbolu

“Azərbaycan futbolunun hazırkı durumu ürəkaçan deyil” – baş katib

“Azərbaycan futbolunun hazırkı durumu ürəkaçan deyil. Millimizin nəticələri hamımızı məyus edir”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Cahangir Fərəcullayev qurumun Hesabat Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, vəziyyətdən çıxış yolu tapılmalıdır.

“Bunun üçün İnkişaf Strategiyası qəbul olundu. Düzgün plan uğurlu işin yarısıdır. Strategiyanın həyata keçirilməsi gündəlik işimizə çevrilib. AFFA-da kadr çatışmazlığı var. Müasir futbol idarəçiliyi qarşımıza ciddi tələblər qoyur. Ona görə milli assosiasiyanın strukturunda dəyişikliklər olacaq. Hər şeyi sıfırdan qurmalıyıq”, – deyə Cahangir Fərəcullayev vurğulayıb.

Baş katib uşaq futbolunda problemlərin olduğunu etiraf edib: “Bunun üçün yaxşı infrastruktur lazımdır. Hazırda bir nömrəli problem məşqçi qıtlığıdır. 10 milyonluq ölkə üçün cəmi 7 təlimçimiz var. Ona görə təlimçi yetişdirməliyik. Bunun üçün müəyyən vaxt lazımdır. AFFA tərəfindən təkliflər paketi hazırlanıb müvafiq qurumlara təqdim olunacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43