Bu gün AFFA-nın Hesabat Konfransı keçirilir.
İdmanxeber.az xəbər verir ki, tədbirdə icraçı vitse-prezident Sərxan Hacıyev də iştirak edir. Qurum rəsmisi danışılmış oyunlarla bağlı məsələni ciddi nəzarətdə saxladıqlarını bildirib:
“Bütün dünyada problem danışılmış oyunlardır. Məsələni ciddi nəzarətdə saxlayırıq. Bu əməllərə əl atanlar bilsinlər ki, məsələni ciddi nəzarətdə saxlayırıq. Hər kəsi danışılmış oyunlardan çəkinməyə dəvət edirik. AFFA bir sıra tanınmış brendlərlə sponsorluq müqaviləsinə imza atıb. Futbol ailəsinə qoşulan sponsorlara minnətdarıq. Əminik ki, bu cür işlərdən həm biz,sponsorlar müsbət nəticə əldə edək”.

