06 İyul 2026
Ölkə futbolu

Azərbaycan klublarının istədiyi serbiyalı ölkəmizə gələ bilmədi

Serbiyalı futbolçu Matiya Lyuyiçin Azərbaycan klublarına keçidi alınmayıb.

30 yaşlı yarımmüdafiəçi ötən mövsümü icarə əsasında “Səbail”də keçirsə də, növbəti mövsüm Azərbaycanda çıxış etməyəcək.

“Dənizçilər”lə bərabər Premyer Liqa təmsilçilərimizdən daha bir neçə klubun oyunçunu heyətinə qatmaq niyyəti olub. Ancaq Lyuyiçin Macarıstanın “Uypeşt” komandası ilə müqaviləsinin davam etməsi onun ölkəmizə gəlişinə mane olub. 

Macar təmsilçisi serbiyalı üçün təzminat tələb etdiyindən klublarımız futbolçunu transfer etməkdən vaz keçib.

O, məsələ ilə bağlı idmanxeber.az saytına açıqlama verib:

“Transfer danışıqlarını menecerim aparır. “Uypeşt”lə müqaviləm var, ayrılmam üçün təzminat tələb edirlər. Buranı tərk etməyim çətin görünür. Yəqin ki, növbəti mövsüm Macarıstan klubunda olacam”.

Həsən Quluzadə

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43