06 İyul 2026
Dünya futbolu

“Çelsi” Fransadan hücumçu gətirir

“Montpelye”nin hücumçusu Ele Vai karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, oyunçunun xidmətində “Çelsi” klubu maraqlıdır. London təmsilçisinin yaxın günlərdə 20 yaşlı hücumçu üçün təklif verəcəyi gözlənilir.

Vai ötən mövsüm Liqa 1-də 33 matç keçirdi, 19 qol vurdu və 6 asist etdi. Transfermarkt portalı onu 35 milyon avro dəyərində qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43