08 İyul 2026
Dünya futbolu Ölkə futbolu

Azərbaycan klubu ilə müqavilə bağlamağa gəlirdi – Sərhəddə saxlanıldı

“Dinamo”nun sabiq qapıçısı Artur Rudko Ukraynadan qanunsuz çıxmağa cəhd edərkən saxlanılıb.

İdmanxeber.az-ın məlumatına görə, o, karyerasını Azərbaycanda davam etdirə bilərmiş. Belə ki, 32 yaşlı qolkiperin “Qəbələ”yə keçmək istədiyi bildirilir.

Klub əcnəbi qapıçı axtarırdı və Rudko ilə razılığa gəlib.

Lakin müharibə səbəbindən onun ölkədən çıxış icazəsi olmadığı üçün transfer baş tutmayıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43