07 İyul 2026
İdman

Azərbaycan klubundan ayrılan voleybolçu İtaliya komandası ilə anlaşdı

Ötən mövsüm Azərbaycan klubunda forma geyinən voleybolçu Vlada Pridatkonun yeni komandası məlum olub.

İdmanxeber.az-ın məlumatına görə, “Milli Aviasiya Akademiyası”nın 21 yaşlı oyunçusu İtaliyanın “Nuvoli Altafratte Padova” kollektivi ilə anlaşıb. Onunla bir il müddətinə müqavilə imzalanıb.

Vlada Pridatko Azərbaycanla yanaşı, Avstriyada da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43