07 İyul 2026
Ölkə futbolu

Premyer Liqa klubundan ayrıldı, bölgə təmsilçisi ilə danışıqlara başladı

Azərbaycan I Liqa klubu “Karvan” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi qapıçı Kamran İbrahimovu heyətinə qatmaq niyyətindədi. Artıq tərəflər arasında danışıqlar start götürüb.

“Neftçi”nin yetirməsi çempionatda iddialı komandaların birinə keçmək istəyir. O, bu səbəbdən də “Karvan”da forma geyinməyə müsbət yanaşır.

Xatırladaq ki, Kamran İbrahimov ötən mövsümü “Kəpəz”də keçirib. Gəncə klubu oyunçuyla başa çatan müqaviləni yeniləməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43