Kateqoriyasız

Azərbaycan kubokunda iştirakçılar və püşkatma tarixi məlum oldu

Azərbaycan kubokunda 2022/2023 mövsümünün iştirakçı komandaları müəyyənləşib.

Idmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarışda Premyer Liqanın 10 komandası – “Qarabağ”, “Neftçi”, “Sabah”, “Qəbələ”, “Turan Tovuz”, “Zirə”, “Səbail”, “Kəpəz”, “Sumqayıt”, “Şamaxı” ilə yanaşı, 1-ci divizion təmsilçiləri olan “Qaradağ Lökbatan”, MOİK, “Araz Naxçıvan” və “Mingəçevir” mübarizə aparacaq.

Azərbaycan kubokunun püşkatma mərasimi oktyabrın 19-da, AFFA-nın inzibati binasında keçiriləcək. Tədbir saat 15:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43