09 İyun 2026
İdman

Azərbaycan millisi Avropa çempionu oldu

İspaniyada keçirilən U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, iki qızıl, iki gümüş və iki bürünc medal qazanan millimiz 144 xal toplayaraq komanda hesabında Avropa çempionu olub. Bu, U-20 yunan-Roma güəşi yığmamızın qitə birinciliklərində topladığı ən yüksək xaldır. Gürcüstan (134) ikinci, Türkiyə (113) isə üçüncü yeri tutub.

Xatırladaq ki, güləşçilərimizdən Elmir Əliyevlə (55 kq) Ruslan Nurullayev (72 kq) qızıl, Davud Məmmədov (77 kq) və Məzaim Mərdanov (130 kq) gümüş, Fəraim Muatafayevlə (63 kq) Kənan Abdullazadə (67 kq) isə bürünc medal qazanıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43